Prokurorlar Timoşenkonun ölkədən çıxmasına imkan vermirlər

Ukraynada prokurorlar bildiriblər ki, keçmiş Baş nazir Yuliya Timoşenko haqqında cinayət işinin araşdırması gedən vaxtda onun ölkədən çıxmasına icazə verməyəcəklər. Gələn ay Timoşenko Brüsseldə keçirilən siyasi müzakirələrdə iştirak etməyi planlaşdırır.

Prokurluq yanvarın 31-də yaydığı bəyanatda qeyd edilir ki, “Timoşenkonun ölkədən çıxaraq istintaqdan yayınmağa çalışması barədə məlumatlar var”.

Yuliya Timoşenko hakimiyyətdə olduğu müddətdə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. amma özü həmin ittihamları rədd edir.