3 bələdiyyə sədri Hollandiyaya təcrübəyə göndərilib

Bunlar Ağstafa rayonun Böyük Kəsik bələdiyyəsi, Şəmkirin Kür Bələdiyyəsi və Tovuzun Əlimərdanlı Bələdiyyəsidir.

4 il ərzində reallaşacaq layihə «Yerli İdarəetməyə Yardım» İctimai Birliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində bələdiyyələrə kənd təsərrüfatı və biznes xidmətlərinin imkanları izah edilir.

Bələdiyyələrin texniki xidmət imkanlarının artırılması üçün hədəf bələdiyyələrə kompüterlər də verilib.