Karzayi Hindistana gedir

Əfqanıstan prezidenti Həmid Karzayi fevralın 2-də Hindistana ikigünlük rəsmi səfərə gedib. Karzayi Hindistanın Baş naziri Manmohan Singhla iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi yollarını müzakirə edəcək.

Hindistan Əfqanıstanda infrastruktur layihələrinə iri məbləğdə sərmayələr qoyur. Bu ölkə Əfqanıstanın beşinci ən böyük donorudur.

Hindistanın Əfqanıstanda nüfuzunun artmasından Pakistan narahatdır.