Moldova buğda ixracını dayandırır

Moldova ərzaq böhranından ehtiyatlanaraq buğda ixracını dayandırır.

Kənd Təsərrüfatı naziri Vasile Bucamov bildirib ki, ötən il Moldova 2009-cu illə müqayisədə 3 dəfə artıq buğda ixrac edib. Bu isə taxıl ehtiyatını azaldıb.

Nazir bildirib ki, ölkə buğda defisiti ilə bağlı “real təhlükə” qarşısındadır.

Avropanın kasıb ölkələrindən sayılan Moldova ötən il İtaliya, Rumıniya, Kipr, Rusiya və Banqladeşə buğda satıb.