Misirdə müxalifətlə hakimiyyət arasında aparılan danışıqlarda islahatlarla bağlı komitə yaradılması barədə razılıq əldə olunub.
Bu barədə Frans-Press agentliyi adı çəkilməyən hökumət nümayəndəsinə istinadla xəbər verir.
Danışıqlarda vitse-prezident Ömər Süleyman və qadağan olunmuş nüfuzlu “Müsəlman qardaşları” hərəkatı da daxil olmaqla müxtəlif müxalifət fraksiyalarının nümayəndələri iştirak edirlər.
ABŞ dövlət katibi Hillari Klinton danışıqlara nikbin yanaşır.