İranda 3 ABŞ vətəndaşının məhkəməsi başlanır

İranda casusluqda ittiham olunan 3 ABŞ vətəndaşının məhkəməsi başlayıb.

İranın hakim dairələri onların azadlığa buraxılmasıyla bağlı Birləşmiş Ştatların çağırışlarını rədd edib.

Amma onlardan biri-Sara Şud (Sarah Şhourd) ötən ilin sentyabrında 500 min dolar girov qoymaq şərtilə azad edilib.

Onlar 2009-cu ilin iyulunda İraqın şimalından İrana keçərkən həbs olunublar.

İranın hakim dairələri onları sərhəddi qanunsuz keçməkdə və casusluqda itiham edir.

Amma ABŞ vətəndaşları səyahət vaxtı sərhədi səhvən keçdiklərini deyirlər.