Gəncə mağazalarında qida məhsulları yoxlanılacaq

Budəfəki reyddə şübhə doğuran qida məhsullarının fiziki və kimyəvi analizi aparılacaq.

Bu barədə məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Nəzarət İdarəsinin rəis müavini Qasım Hüseynov verib.

O deyib ki, son vaxtlar mağazalarda keyfiyyətsiz ərzaq məhsulları satılır.