Rumıniyada falçılarla bağlı qəbul edilən qanunların sayı artır. Bir ay əvvəl RUminiya parlamenti falçılıq fəaliyyətinin vergiyə cəlb edilməsi barəsində qərar vermişdi. Yeni qanun layihəsinə görə isə, əgər falçının müştəriyə dediyi düz çıxmasa, falçı cərimə oluna, hətta həbs cəzası ala bilər. Qanuna görə falçılıq fəaliyyətinə görə lisenziya alınmalı, falçılar öz xitmələrinə görə müştəriyə çek verməli və müştəriyə açdığı fal da qeyd olunmalıdır.
Yanvar ayında hökumət Əmək Məcələssinə dəyişiklik edib, falçıları vergiyə cəlb edəndə, falçılar hökumətə təzyiq göstərmək üçün Dunay çayını zəhərləyəcəklərini deyirdilər.
Yanvar ayında hökumət Əmək Məcələssinə dəyişiklik edib, falçıları vergiyə cəlb edəndə, falçılar hökumətə təzyiq göstərmək üçün Dunay çayını zəhərləyəcəklərini deyirdilər.