Həmsədrlər Bakıya gəlirlər

Minsk Qrupunun həmsədrləri

Minsk Qrupunun həmsədrləri

Fevralın 10-da ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Bernar Fasye (Fransa) Bakıya gələcəklər.

Hazırda onlar Yerevanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirirlər.

Həmsədrlər Bakıda XİN rəhbəri Elmar Məmmədyarovla görüşəcəklər.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Görüşün mövzusu Qarabağ nizamlanmasına dair danışıqlar prosesinin hazırkı vəziyyəti və baza prinsiplərinin tərəflər arasında razılaşdırılmasıdır.