Mövsüm Səmədovun vəkili məhkəməyə müraciət edib

Mövsüm Səmədov

Ötən ay həbs olunmuş İslam Partiyasının lideri Mövsüm Səmədovun vəkili Anar Qasımov həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması xahişilə Nəsimi rayon Məhkəməsinə müraciət edib.

Bundan əvvəl məhkəmə İslam Partiyası sədrinin müavini Vaqif Abdullayevin barəsində həbs qətimkan tədbirini dəyişməkdən imtina edib.

İslam Partiyasının liderləri 228.3 (bir qrup şəxsin qanunsuz silah saxlaması), 278 (hakimiyyətin zorla ələ keçirilməsi) və 28.214 (terror hazırlanması) maddələri üzrə ittiham olunurlar.