Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışı olub

Prezident İlham Əliyev fevralın 9-da Qazax rayonunda Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak edib.

Azərbaycandan Gürcüstana əsas keçid məntəqəsi olan və müasir standartlara cavab verən yeni gömrük məntəqəsinin inşası 2010-cu ilin oktyabrında başa çatdırılıb.

Prezident İlham Əliyevə məlumat verildi ki, gələcəkdə ərazidə yeni yük terminalının tikintisinə başlanacaq. Regionda ən böyüklərindən olacaq terminalda məhsulların saxlanması üçün soyuducu anbarlar, sərnişinlərin qalması üçün otel, habelə ofis də tikiləcək.

Hazırda məntəqədə 4 gömrük nəzarəti xətti vardır. Onların ikisi ixrac, ikisi isə idxal gömrük nəzarətini həyata keçirir. Məntəqədə «vahid pəncərə» sistemi yaradılıb.