“Domededovo”da terror törədən Maqomed Yevloyev olub

Genetik ekspertizanın nəticələrinə görə, Domededovo aeroportunda terror aktı törədən 20 yaşlı inquşetiyalı Maqomed Yevloyev olub.

Bu haqda bu gün İnquşetiyanın rəsmi orqanları məlumat verib.

Fevralın 8-də İnquşetiyanın paytaxtı Maqasda yerli məhkəmə Maqomed Yevloyevin bacısı və qardaşı – Fatimə və Əhməd Yevloyevlər haqqında həbs qəti imkan tədbiri seçib. Onlar terrorun təşkilinə kömək etməkdə ittiham olunurlar.

Yanvarın 24-də Domededovo aeroportunda baş verən terror aktı zamanı 36 nəfər həlak olmuşdu.