«Bir neçə il əvvəl prezident Şamaxıya gedəndə qadınlar yığılıb yolu kəsdi. O da maşından düşdü, dedi ki, probleminiz nədi, camaat da problemini dedi, amma o vaxtdan bəri heç nə dəyişməyib». – Bunu söhbətimizin ortasında xatırlayırlar, həll etməyə özlərinin gücü çatmadıqları problemləri sadaladıqdan sonra...
Bakının 30 km-də yerləşən bom-boz hündür təpələr arxasında bir kənd var. Sakinləri ona «Çaylı» desə də, kəndin rəsmi adı Pirəkəşküldür. Abşeron rayonunun tərkibindədir.
Sayğacı quraşdırıblar, amma qazı vermirlər
Kənd sakini Əli Heydərov deyir ki, təxminən 20 il əvvəl Ermənistandan qaçqın düşmüş onlarla ailəyə hökumət burda torpaq ayırıb, ev tikib.
-Burda hamı Ermənistan qaçqınıdır. Bir neçə ailə Gürcüstandan gəlib. Burda əsas problem qazdı. Çəkiblər, sayğac da qoyublar, amma hələ də qaz vermirlər. Neçə ildi qazsız qalmışıq.
«Azəriqaz»dan isə AzadlıqRadiosuna deyirlər ki, qaz xətləri hələ istismara qəbul edilməyib, xətlər texniki cəhətdən yoxlanır, yaxın vaxtlarda qaz verilişinin olacağı gözlənir.
«Cavan oğlanam, yuyunmağa su tapmıram»
Yeni çəkilən bir milyard manatlıq Bakı-Oğuz su kəməri kəndin 10-12 km-dən keçir. Əli Heydərovsa deyir ki, qışda evlərinə həftədə bir dəfə su gəlir, onu da uzağı saat yarım verirlər.
-Cavan oğlanam da, bu dəqiqə şəhərə çıxım, heç kim yanımda dayanmaz. Çünki günlərlə çimə bilmirəm.
Vahid Mehdiyev isə işsizlikdən narazıdır, deyir ki, qaynaqçı olsa da, heç yerdə iş tapmır. Danışır ki, kənd şəhərdən uzaq olduğundan çoxları elə öz həyətini əkib-becərmək, məhsulu ilə dolanmaq istəyər, hər ailənin də 20 sot torpağı var:
- Nəynən əkim? Su versinlər əkim-becərim.
Hündür boz təpələrin arasında tikilən evlərin hərəsində 2-3 ağac göyərib, torpağın şumlanıb əkildiyini göstərən bir nişanə görmürük. Hər yer kol-kosdur.
«Qızımı məktəbdən çıxarmışam»
Habil Heydərov problemlərin sırasına birini də qatır: Məktəb. Yox, kənddə məktəb var, özü də yeni tikilib, təmirlidir, Habil Heydərovsa məktəbdə yaxşı dərs keçilməməsindən narazıdır:
- Dərs keçmirlər. 20 ildi o məktəbdən bir uşaq instituta girmir. Mən də qızımı çıxardım məktəbdən.
- Başqa məktəbə göndərmisiz?
- Yox, evdə oturub.
- Neçə yaşı var?
- On iki. Evdə oturub, paltar tikmək öyrənir, yemək bişirmək öyrənir.
- Axı savadsız qalacaq.
- İik oğlum gedir məktəbə. Onlar nə öyrənir ki, qızım da nə öyrənəcək? Qızım yenə bir traktorçuya gedəcək, əri onu saxlayacaq, bəs oğlanlarımı kim saxlayacaq?
Çaylı kənd məktəbinin direktoru Xuraman Behbudova tədrisdə problemlər olduğunu təsdiqləyir və bu məktəbə təhsilin keyfiyyətini artırmaq üçün göndərildiyini deyir, amma onu da əlavə edir ki, kənddə bəzi valideynlər qızlarını erkən ərə verirlər deyə məktəbdən çıxarırlar. “Mən sahə müvəkkili ilə qapıları döyürəm ki, uşaqlarınızı məktəbə gətirin”, - deyən direktor onu da bildirir ki, məktəbdə savadlı müəllimlərin dərs deməsinə çalışırlar.
Dədə-baba qaydasında işləyən diş həkimi
Söhbət elədiyim kənd camaatı tibb məntəqəsini də görməyimi istədilər.
- Həmişə qapısı bağlı olar. Bir xəstəmiz olanda yaxınlıqdakı Müşfiqabad qəsəbəsinə aparırıq.
Biz də tibb məntəqəsinə yollandıq. Qapısı camaat dediyi kimi, bağlı yox, açıq idi. Təxminən 3-4 otaqdan ibarət məntəqədə bizi bir xanım qarşıladı. Öyrəndik ki, diş həkimidir, bir neçə aydı burda işləyir. Otağında yalnız xəstənin uzanması üçün taxt vardı.
-Bəs stomatoloji avadanlığınız yoxdur? Birdən indi kiminsə dişinin ağrısı tutsa, necə olacaq?
Vüsalə Hüseynova təəccübümüzü anlayır:
- Gətirəcəklər avadanlıq. Kəlbətinimi üstümdə gəzdirirəm. Ağrıkəsicilər də var.
Həkimin krossvordu yarımçıq qalıb
Məntəqədəki «ana-uşaq» otağına da baş çəkirəm. Amma bu otağın niyə «ana-uşaq» adlandırıldığını anladan bir şey gözümə dəymir.
Qapısı açıq bir kabinetə də girirəm. Otağın başında stol-stul qoyulub. Hansısa həkimin krossvordu yarımçıq qalıb; qəzet, qələmi də üstündə elə stolun üstündə atılıb qalıb. Keçmiş prezident Heydər Əliyevin masaüstü şəkli üzümə gülümsəyir.
Bəs başqa həkimlər hanı? Amma axtarmağına dəyməz. Kiminsə canına ağrı düşsə, gərək həkimlərin rayon icra hakimiyyətindən qayıtmasını gözləyələr. Biz Çaylıda olanda, həkimlərlə yanaşı məktəb rəhbərliyi, bələdiyyə sədri, icra nümayəndəsi Abşeron rayon icra hakimiyyətində hesabat yığıncağında idilər.
Günün sonuna qədər də kənd rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də, telefonlarına zəng çatmadı.
***
Kənddən ayrılanda hamı ümidlə arxamca baxır, mən isə bayaqdan bələdçilik edən Habilə üzümü tuturam:
- Qızınızı məktəbə göndərin.
Sağollaşma anında bu cümlələri gözləməyən Habil bir anlıq susur. Və sonra üzünə təbəssüm qonur:
- Yaxşı.