Son altı ayda hökumətin işini bəyənirsinizmi?

Avqustun 1-də prezident İlham Əliyev 2007-ci ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin iclasını keçirib.

Dövlət başçısı deyib ki, bu ilin altı ayında Azərbaycanın sənayesində 35, kənd təsərrüfatında isə 5 faiz artım olub, əhalinin pul gəlirləri 37 faiz, əmək haqları isə 26 faiz artıb.

Bəs siz son altı ayda hökumətin işini bəyənirsinizmi?

Mövzunu şərh edin. Səsiniz «Azadlıq» radiosundan eşidiləcək.