İlham Əliyevin 7 ili

Avqustun 4-də İlham Əliyevin hakimiyyətə gəlməyinin 7 ili tamam oldu. Milli Məclis 2003-cü ildə o zamankı prezident Heydər Əliyevin oğlu İlham Əliyevin baş nazir postuna təyin edilməsi haqda qərarını təsdiq etdi.
Azərbaycan müxalifəti bu aksiyanı o zamana qədər haqqında çoxdan danışılan varis planının gerçəkləşməsi üzrə ilk addım kimi qiymətləndirir.
İqtidar təmsilçiləri isə bildirir ki, İlham Əliyevin hakimiyyətinin legitim olmasını onun 2003 və 2008-ci ildə keçirilən prezident seçkilərində rəqiblərini böyük üstünlüklə geridə qoyması, dünyanın aparıcı dövlətlərinin Azərbaycan hakimiyyətinin legitimliyini tanıması və onu özlərinin strateji tərəfdaşı kimi dəyərləndirməsi sübut edir.

Siz nə fikirləşirsiniz?