Day.az ətrafında baş verənləri necə şərh edərdiniz?

Fevralın 19-dan Day.az portalı baglanıb. İnternet nəşrin istifadəçilərini əvvəlcə ağ fonda «Layihə öz movcudluğunu dayandırıb» yazısı qarşılasa da, sonradan bunu portalın fevralın 25-dən fəaliyyətini bərpa edəcəyi elanı əvəzləyib.

Saytın baş redaktoru Elnur Baimov portulın fəaliyyətini dayandırmasını texniki qüsurlarla əlaqələndirir. O, Day.az-ın fevralın 25-dən əvvəlki redaksiya siyəsətilə fəaliyyətini bərpa edəcəyini deyir. Day.az rəsmi xəbərlərlə yanaşı, müxalif fikirlərə də yer verən nadir rusdilli səhifələrdən biri idi.

Sayt ətrafında baş verənləri necə şərh edərdiniz?