Dehliylə İslamabad dialoqu bərpa edirlər

Dehliylə İslamabad 2 illik fasilədən sonra ikitərəfli münasibətlərlə bağlı dialoqu bərpa eləmək razılığına gəliblər.

Hindistanın hakim dairələri 2008-ci ildə Mumbayda 166 adamın ölümüylə nəticələnmiş terror aktlarından sonra danışıqları dayandırmışdı.

Hindistan Pakistanı terrorçuları dəstəkləməkdə onun ərazisində təlim keçməkdə ittiham edir.

Pakistan itihamı rədd edir.