Nazarbayev yenə prezidentliyə namizədliyini verdi

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev aprelin 3-də keçiriləcək prezident seçkisində iştirak edəcəyini deyib. Bu barədə o, fevralın 11-də rəhbərlik etdiyi Nur Otan partiyasının qurultayında bildirib.

70 yaşlı Nazarbayev onun prezidentlik müddətinin 2020-ci ilə qədər uzadılması üçün referendum keçirilməsi barədə parlamentin qəbul etdiyi qanunu rədd edərək yeni seçki təyin edib.

Bu ölkədə müxalifət təşkilatları faktiki olaraq yoxdur. Ona görə Nazarbayevin yenidən seçiləcəyinə şübhə edən yoxdur. Nursultan Nazarbayev artıq 20 ildir Qazaxıstana rəhbərlik edir.