Misirdə polis meydanda əl çəkməyənləri oradan çıxarmağa çalışır

Misirdə əsgərlər yolları təmizləyib hərəkəti bərpa edirlər. Misir preidenti Hüsnü Mübarəkin istefası ilə nəticələnmiş 18 günlük etiraz aksiyalarından sonra ölkə normal həyata dönməyə çalışır.

Mübarək fevralın 11-də istefa versə də hələ də bəzi müxalifət fəalları paytaxtda Tahirir meydanında qalır. Polis onların bəzilərini yenə də güclə meydandan uzaqlaşdırmağa çalışır.

Ölkədə hakimiyyətin funksiyalarını icra edən Silahlı Qüvvələrin Ali Şurası vətəndaşlara müraciət edib ki, qayda-qanunu bərpa etməkdə polisə yardımçı olsunlar.