İndi də məmurlar Tahirirə toplaşıb

Misirin yeni hərbi rəhbərliyi həmkarlar təşkilatlarını və fəhlələri ölkədə tətillərə və etiraz aksiyalarına son qoymağa çağırıb.

Fevralın 14-də paytaxt Tahrir meydanında qalan mitinqçilərin oradan çıxarılmasından az sonra əsasən dövlət təşkilatlarında çalışanlardan ibarət olan başqa bir qrup oraya daxil olub. Onlar maaşlarının artırılmasını və iş yerlərində daha yaxşı şəraitin yaradılmasını tələb edirlər. Yüzlərlə polis əməkdaşı da Tahirir meydanına yeni girən adamlarla həmrəy olduqlarını bildirirlər.

Korrupsiya, yoxsul və avtokratiyaya etiraz olaraq keçirilən 18 günlük mitinqlərdən sonra Misirə 30 il rəhbərlik edən prezident Hosni Mubarak fevralın 11-də istefa verib.