Avropa Mübarin rəsmilərinə məxsus hesabları dondura bilər

Avropa Birliyi ölkələrinin maliyyə nazirləri öz ölkələrində Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin məmurlarının hesablarını dondurmağı müzakirə edəcəklər.

Britaniyanın Xarici İşlər naziri William Hague bildirir ki, Misirin yeni hərbi rəhbərliyi Britaniya və başqa bir neçə ölkəyə müraciət edib ki, bir neçə keçmiş məmura qarşı tədbirlər görülsün. Amma Hague Mübarəkin özünün də bu siyahıda olub-olmadığını deməyib. Yalnız onu bildirib ki, Birlik ölkələrinin maliyyə nazirləri Misirdən gələn bu xahişi fevralın 15-də Brüsseldə müzakirə edəcəklər.

Misirin özündə isə Hüquqşünaslar Sindikatı prokurorlara müraciət edib ki, Mübarəki on milyardlarla dollar dəyərində var-dövləti haqqında araşdırma aparsınlar.