Ronaldo futboldan getdi

Braziliyalı hücumçu Ronaldo 18 illik futbol karyeasına son qoyur. Fevralın 14-də keçirdiyi mətbuat konfransında Ronaldo bildirib ki, son iki ildə aldığı zədələr ona peşəkar səviyyəsini yuxarı saxlamağa imkan vermir.

34 yaşlı ulduz futbolçu deyib ki, onda olan hypothyroidism xəstəliyi də çəkisini aşağı salıb formada qalmağı çətinləşdirir.

Ronaldo 1994 və 2002-ci illərin Dünya Çempionatlarında qalib olan Braziliya komandasında oynayıb.

1996, 1997 və 2002-ci illərdə isə FİFA-nın ən yaxşı oyunçusu elan edilib.