Xalqın səsinə qulaq verməyənlərə...

Yaxın Şərqdəki iqtidarlar öz xalqlarının dəyişiklik arzularını nəzərə almalı və dinc yolla bu imkanı onlara verməlidirlər. ABŞ Prezidenti Barak Obama fevralın 15-də Washingtonda keçirdiyi mətbuat konfransında belə deyib.

Obamanın sözlərinə görə, hamıya aydındır ki, regiondakı gənc, daha fəal nəsil daha çox azadlıq istəyir. ABŞ isə Misirdəki etirazların İran, Bəhreyn, Yəmən və başqa yerlərə yayılmasının, bu etirazlara veriləcək cavabın regionun sabitliyinə təsirindən narahatdır.

Odur ki, Barak Obama bu etirazalara qarşı zordan istifadə edilməməsinə çağırıb. ABŞ prezidentinin fikrincə, xalqın səsinə qulaq verməyənlər nəticədə keçmişin bir parçası ola bilərlər.