Şimali Koreyanın rəhbərinin oğlu konsertdə görünüb

Şimali Koreyanın rəhbəri Kim Şen İrin ortancıl oğlu Kim Çon Çxol fevralın 14-də Britaniya musiqiçisi Erik Kleoptonun Sinqapurda verdiyi konsertdə iştirak edib.

O konsertə 20 nəfərlik mühafizəçisi ilə gəlib. Şəklinin çəkilməsinə isə mühafizəçiləri imkan verməyiblər.

Əvvəllər Şimali Koreyanın varisi kimi Kim Çon Çxol sayılırdı. Son vaxtlar isə varisliyə kiçik oğlu iddialı sayılır.