Misirdəki iğtişaşlarda azı 365 dinc sakin ölüb

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, bu yaxınlarda ölkədə baş vermiş iğtişaşlarda azı 365 dinc sakin ölüb.

Səhiyyə naziri Ahmed Sameh Farid bildirib ki, ilkin məlumatdır və bura polis və məhbuslar daxil deyil.

Ölkədə sosial tələblərlə tətillər davam etdiyindən məktəblər, universitetlər və banklar hələ də bağlıdır.