«Gəncə şəhərinin tarixi» kitabı təqdim edildi

«Gəncə şəhərinin tarixi» kitabı Milli Elmlər Akademiyasının 36 tarixçi-aliminin əməyi nəticəsində ərsəyə gəlib.

Kitab Gəncədə Heydər Əliyev Xatirə Muzeyində keçirilmiş toplantıda təqdim edilib.

Təqdimat mərasimində şəhər İcra Hakimiyyətinin başçısı, kitabın baş məsləhətçisi E.Əzizov da iştirak edib.

Kitabda ta qədimdən indiyədək Gəncənin tarixində baş verən əlamətdar hadisələr qeydə alınıb.