Afinada polislə nümayişçilər toqquşub

Yunanıstanın paytaxtı Afinada polislə nümayişçilər arasında toqquşma olub.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Ölkədə ümummilli tətil keçirilir.

100-dən çox beynəlxalq reys təxirə salınıb, dəniz və dəmiryol əlaqəsi kəsilib.
Həmçinin banklar və dövlət müəssisələri bağlanıb.

Tətil məktəb və xəstəxanaların da işinə təsir göstərib.

Tətili aparıcı həmkarlar ittifaqları birliyi təşkil edib.

Aksiyaçılar hökumətin gördüyü kəskin iqtisadi tədbirlərə qarşı çıxırlar.

Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondunun ətən il Ynanaıstana ayırdığı 110 milyard avroluq iqtisadi yardım paketində kəskin iqtisadi tədbirlər görülməsi nəzərdə tutulur.