Xaçmazada yeni hərəkat yaradılıb

Fevralın 24-də Xaçmaz şəhərində yeni hərəkəat təsis edilib.

Azərbaycan Regionlar Hərəkətı adlanan ictimai birliyin ilk toplantısında regionlardakı ictimai-siyasi vəziyyət, insan hüquqları, söz və mətbuat azadlığı, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsindəki vəziyyət müzakirə edilib.

Qurumun yaydığı məlumatda korrupsiyaya qarşı mübarizənin kampaniyaya çevrilməsi cəhdləri pislənib.

Xaçmazın keçmiş icra başçısı Müqəddəs Mehdiyev hərəkatın təşəbbüs qrupunun sədri seçilib.