Bakıda bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti dayandırılacaq

Yol Polisi İdarəsi sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görür

Yol Polisi İdarəsi sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görür

Fevralın 26-da Bakıda bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti dayandırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov «Trend»ə bildirib ki, Xocalı faciəsinin ildönümü ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar olaraq fevralın 26-sı saat 08:00-dan etibarən paytaxtın Xocalı prospektinə avtomobillər buraxılmayacaq.

Xətai rayonu ərazisində Xocalı prospekti ilə kəsişən N.Rəfiyev, Y.Səfərov, M.Mehdizadə, A.İsmayılov, Tağızadə və digər küçələrdə avtomobillərin hərəkəti tamamilə dayandırılacaq.

Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə tədbir başa çatana qədər alternativ yollardan istifadə etməyi məsləhət görür.