Rusiyada anti-korrupsiya mitinqi keçirilib

Rusiyanın Barnaul şəhərində korrupsiyaya etiraz mitinqi keçirilib. Aksiya iştirakçıları 1990-cı illərdə yerli hakimiyyət orqanlarının Dünya Bankından aldıqları kreditlərin necə xərcləndiyinə dair müstəqil şəffaf araşdırma aparılmasını tələb edirlər. Onlar bildiriblər ki, həmin kreditlər bu regionda yaşayan azı 200 min adamın yaşayışına təsir ediredib.

AzadliqRadiosunun rus xidməti xəbər verir ki, aksiyanı Altay vilayətinin ictimai təşkilatlar birliyi təşkil edib.

Aksiya iştirakçıları həmçinin polisdən vətəndaşların hüquqularının pozulmasına son qoymağı da tələb ediblər. Onlar bildirirlər ki, regionda insan haqlarının pozulması ekstremizmə yol açır.