Obama növbəti seçkilərdə qələbəyə ümidlə yanaşır

ABŞ prezidenti Barack Obama hesab edir ki, ölkədə iqtisadi göstəricilərin yaxşılaşması 2012-ci il seçkilərində demokratların uğur qazanmasına ümid verir.

O bunu Mayamidə seçkiqabağı kampaniyaya start vermiş mərasimdə çıxış edərkən deyib.

Barack Obamanın növbəti seçkilərdə ikinci müddət uğrunda mübarizə aparacağı gözlənilir.

Ötən ilin noyabrında Konqresə keçirilmiş aralıq seçkilərində demokratlar respublikaçılara uduzub.