Tərtərin Borsunlu kəndində quşçuluq fabriki tikilir

"Abşeron” Kənd Təsərrüfatı Məhsullarının İstehsalı Müəssisəsi Tərtərin Borsunlu kəndində yeni quşçuluq fabriki tikdirir.

Müəssisədə damazlıq, yem və inkubator sexləri qurulacaq.

ANS-in məlumatına görə, müasir texnologiyalarla təhciz ediləcək 6 fermadan üçü artıq hazırdır.

Bu təxminən 50 yeni iş yeri deməkdir.