Estoniyada İslahatlar Partiyası qalib gəlib

Estoniyada keçirilən parlament seçkilərində baş nazir Andrus Ansipin rəhbərlik etdiyi İslahatlar Partiyası qalib gəlib. Bu partiya 29 faiz səs yığıb. Bu da partiyaya 101 deputat mandatından 33-ü qazandırıb. İkinci yeri Mərkəzçi Partiya tutub.

Seçkidə 63 faiz seçici iştirak edib.

Parlamentdəki 101 yer uğrunda 9 partiyadan 800-ə yaxın namizəd, o cümlədən müstəqil namizədlər mübarizə aparıb.