Azərbaycanın Xarici İşlər naziri İrana gedib

Elmar Məmmədyarov

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İrana işgüzar səfərə gedib.

Səfərin məqsədi İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etməkdir.

Xatırladaq ki, komissiyaya Azərbaycan tərəfdən Elmar Məmmədyarov, İran tərəfdən isə bu ölkənin Xarici İşlər naziri Əli Əkbər Salehi rəhbərlik edir.