Astarada bir nəfər özünü asıb

Astara rayon Ərçivan kənd sakini, 52 yaşlı Vaqif Məmmədov özünü asaraq intihar edib. Yaxınları deyir ki, V.Məmmədov özünə məxsus evdə tək, arvadından ayrı yaşayırmış. İki gün imiş ki, evin kandarında özünü asıbmış. Onu asılmış vəziyyətdə qonşusu aşkarlayıb. V.Məmmədovun ruhi xəstə olduğu deyilir.

V.Məmmədovun həmkəndlisi Hacı Fayıq Cəfərov deyir ki, mərhum xəstə olsa da, maddi sıxıntı içində yaşayırdı. Arvadından ayrılmasının səbəbi də kasıbçılıqla bağlı idi.

Martın 7-də daha bir ölüm hadisəsi olub. Lənkəran rayon Ləj kənd sakini 21 yaşlı Hakim Əliyev atası Nazim Əliyevi ov tüfəngi ilə öldürüb.

Hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.