Alimlər Havay vulkanında yeni püskürməni müşahidə edirlər

Alimlər Havay adalarındakı Kilauea Vulkanında fəallaşmanı yaxından izləyirlər. Ötən həftəsonu həmin vulkandan 20 metr yüksəkliyə qədər havaya lava püskürüb.
Bu vulkan son 28 ildə davamlı fəaldır. Amma ABŞ alimləri hesab edirlər ki, sonuncu güclü püskürmə yeni püskürmə mərhələlərinin və vulkanın qeyri-müəyyən gələcəyini əlaməti ola bilər.