Türtkiyədə məhkəmə daha beş jurnalistin istintaqa cəlb edilməsi barədə qərar çıxarıb. Onlar ölkənin indiki islamçı təmayüllük hökumətinin devrilməsinə cəhd ittihamı ilə aparılan cinayət işinin istintqaı ilə əlaqədər dindirilirlər.
Dünən də iki tanınmış jurnalist həmin işlə bağlı məsuliyyətə cəlb edilib.
Müxalifət və tənqidçi jurnalistlər ölkədə yüzlərlə adamın həbsinə səbəb olmuş dövlət çevrilişi iddiasının əslində hökumətin siyasi rəqiblərinə qarşı təzyiqi olduğunu deyirlər.
Türkiyənin üzv olmağa çalışdığı Avropa Birliyi, ABŞ və insan haqları fəalları jurnalistlərin həbsi ilə Türkiyədə ifadə azadlığına təhlükə yarandığını bildirirlər.
İyun ayında bu ölkədə parlament seçkisi keçiriləcək. Baş nazir Rəcəb Tayyib Ərdoğanən Ədalət və İnkişaf Partiyası bu seçkidə də iştirak edib üçüncü dəfə qalib gəlmək niyyətindədir.