AZƏRBAYCAN QADINININ PROFİLİ
8 mart öncəsi belə bir profili yaratmaq mənə tapşırıldı. AzadlıqRadiosunun əməkdaşına, həm də bir azərbaycanlı qadına.
Amma qadının-o cümlədən Azərbaycan qadınının o qədər fərqli arzuları, o qədər müxtəlif qayğılıarı, o qədər rəngarəng baxışları var ki,... Onları bir xətboyu düzmək, vahid profil yaratmaq qeyri-mümkün görünür?
Azərbaycan qadını Mehriban Əliyevadır – ölkənin birinci xanımı, deputat, Heydər Əliyev Fondunun rəhbəri. Həm də ana və nənə.
Azəbaycan qadını keçmiş dövlət katibi, indi müxalifətdə duran, professor Lalə Şövkətdir.
Azərbaycan qadını Solidə Movlayevadır. 8 mart ərəfəsində oğlunun həbsdən buraxılmasını gözləyən, inandığı partiyanı-Yeni Azərbaycan Partiyasını tərk etməyə hazırlaşan, gənc fəal Bəxtiyar Hacıyevin anası.
Azərbaycan qadını 112 yaşlı Məhbubə Fətullayevadır. Üç əsrin qadasını-bəlasını da görüb, xoş günlərinin səfasını da sürüb.
Sadalayammı?
«FÜZULİNİN DƏ EVİ DAMIRMIŞ»
Haqqında danışacağım növbəti qadınsa bəlkə də Azərbaycan qadınlarının ümumi tipinə daha yaxındır. O dörd övlad anasıdır. İxtisasca kitabxanaçı və psixoloqdur. Ömrünü daha çox övldalarına həsr edib. İki ildən çox həbsxana yollarına boylanıb. Ərinin yarımçıq qalan işini öz bildiyi kimi davam etdirməyə çalışıb.
Ayəndə Mürsəliyeva, «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidin xanımıdır həmin bu qadın.
«Bizim evimiz əvvəllər çox damırdı. Heç özümüzün də evi deyildi, qohum evində qalırdıq. Qənimət də bütün problemləri üstümə atıb gedirdi. Vaxtını daha çox işə həsr edirdi. Deməli, bir dəfə evimiz o qədər damdı ki, bezdim. Başımı bağlayıb uzanmışdım. Qənimət gəldi və dedim ki, ev damır. Heç bir reaksiya vermədi. Kitabı aldı başladı oxumağa. Bir xeyli keçəndən sonra qayıtdı ki, bilirsənmi Füzulinin də evi damırmış ey... Doğrusu bu söz məni o vaxt çox əsəbiləşdirdi.
Amma indi görürəm o qədər pis vəziyyətdə yaşayan var. İndi o hadisə yadıma düşəndə əsəbiləşməyimi özümə bağışlaya bilmirəm».
«QƏNİMƏT DEDİ Kİ, SƏN İŞLƏSƏN UŞAQLARA KİM BAXACAQ»
İki ali təhsili olsa da, könüllü şəkildə ömrünün 17-18 ilini uşaqlarına həsr edib. Bəhrəsini də görür dediyinə görə, «vətənə yararlı övladlar yetişdirib».
«Uşaqlar balaca olanda işləmək istəmişdim. Qənimət dedi ki, sən işləsən bu uşaqlara kim baxacaq. Qənimətlə razılaşdım. Əsas uşaqlardır. Amma Qənimətin həbsindən sonra bir qədər aktivləşdim. Fikirləşdim ki, artıq vaxtdır».
Ayəndə Mürsəliyeva deyir ki, bu gün Azərbaycan qadınının ən böyük problemi elə Azərbaycan kişisinin də problemidir. Yəni Azərbaycanda kişiyə də, qadına da qiymət verilsin, haqqı tanınsın, iş tapmaq, rüşvətsiz yaşamaq mümkün olsun.
Ayəndə Mürsəliyevaya görə, bu gerçəkləşmədən qadın azadlığından danışmaq tezdir.
Qadın azadlığının tarixisə böyükdür.
ÇÖRƏK VƏ GÜLÜN TARİXÇƏSİ
1857-ci ildə Nyu-Yorkda qadınlar 12 saatlıq iş saatına və aşağı maaşa etiraz olaraq nümayiş keçirdilər.
1908-ci il yenə də Nyu-Yorkda 15000 qadın daha az iş saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ilk dəfə dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha firəvan həyatı ifadə edirdi.
1917-ci ildə Çar Rusiyasında qadınlar, «çörək və sülh» adlı nümayiş keçirdilər. Martın 8-də keçirilən tətil daha sonra Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1977-ci ildəsə BMT-nin Qurultayında 8 mart Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edildi.
ƏTİR VƏ GÜL BAYRAMI
Bəs necə oldu ki, çörək və gül, qadın hüquqlarına sayğı tələbiylə başlanan hərəkat günümüzdə gül və ətir bayramına çevrildi?
Filosof Niyazi Mehdi:
«Yəni bunun başqa yolu vardı ki? Bütün bayramlar zaman keçəndən sonra onlara səbəb olan ideyaları unutdurur. Bayram başqa rituala çevrilir. Məsələn, Milli Azadlıqla, Qadın Hərəkatı ilə bağlı bayramlar. Qadın azadlığı artıq həyati ideya kimi aktual deyil. Amma bayram həm də şənlənməkdir, hədiyyədir. Ona görə də saxlanır».
«ÇE GEVARANI GÜLLƏLƏYƏN KAPİTALİZM...»
Yazar Günel Mövlud deyir ki, kapitalist sistemi istənilən ictimai-siyasi, romantik hadisəni, cərəyanı asanlıqla biznesə, şouya, brendə çevirə bilər.
«Çe Gevaranı güllələyən kapitalzm sonra onun rəsmi olan maykalardan, külqabılardan pul çıxardısa, belə ictimai qadın hərəkatından pul çıxarmaq ola bilməzdi ağıllarına gəlməsin. Təntənəli bayrama çeviriblər. Bahalı hədiyyələr bağışlamaq məcburiyyətində qalıblar. Getdkicə ikrah doğurur».
Günel Mövluda görə, Azərbaycan qadınlarının ictimai, mədəni həyatda fəallaşması, bu fəallığın kütləviləşməsi görünmür. Onun fikrincə, yalnız qadınlar bəlli bir çevrə hüquqları uğrunda mübarizə aparır, ictimai-mədəni həyatda fəaldır. Yazarın fikrincə, Azərbaycan xanımlarının böyük bir qismi məişətə, şəxsi problemlərinə qapılıb. Sıradan Azərbaycan qadınının nə ictimai, nə mədəni problemi var.
ƏN BÖYÜK HƏDİYYƏ
«Qənimətin varlığı mənə ən böyük hədiyyədir».
Bunusa Ayəndə Mürsəliyeva deyir. O ərindən bayramda nə gül, nə də ətir gözləyir.
Fikirləşir ki, Azərbaycan qadınlarına ən böyük hədiyyə azad, demokratik cəmiyyətdə yaşamaq səadətidir. «Bu da yaxında mümkün olacaq» deyir.