Martın 15-də hökumətin hesabatı dinləniləcək

Milli Məclisin növbəti iclasında Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair hesabatı dinləniləcək.

Azərtac-ın məlumatına görə, hökumətin hesabatı kitab halında çap olunaraq artıq deputatlara paylanıb.

Martın 15-də dinləniləcək hesabatın əvvəlki illərin hesabatı ilə müqayisədə geniş məlumat tutumlu və təhlil xarakteri daşımaqla, daha ətraflı hazırlandığı bildirilir.