Yəməndə etirazlar zamanı bir nəfər öldürülüb

Yəməndə etirazlar zamanı yaralanmış bir gənc ölüb.

Bu haqda xəstəxana rəsmiləri məlumat verib. Həmin gənc martın 8-də polisin açdığı atəş nəticəsində yaralanmışdı.

Şahidlərin dediyinə görə, təhlükəsizlik qüvvələri prezident Ali Abdullahın istefasını tələb edən aksiyaçıları dağıdarkən atəş açıb və nəticədə 65 nəfər yaralanıb.
Etiraz aksiyaları Yəmənin başqa şəhərlərində də keçirilir.

Martın 8-də paytaxt həbsxanaların birində minlərlə adam qiyam qaldırarkən məhkumlardan biri öldürülüb.