Misirdə azı 10 xristian qətlə yetirilib

Misirdə xristianlarla müsəlmanların qarşıdurmasında azı 10 nəfər ölüb. Yüzdən artıq adam yaralanıb.

İlkin məlumatda bir nəfərin öldüyü deyilirdi.

Qarşıdurma martın 8-də olub, bir neçə saat davam edib.
Xristianlar kilsələrinin yandırılmasına etiraz ediblər. Bu zaman Qahirənin cənubundakı yolu bağlayıblar, avtomobildə olan müsəlmanlarınsa maneəni keçməyə çalışıblar.

Xristianlar Misir əhalisinin 10 faizini təşkil edir, onlar həmişə ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər.