Cəbhə bölgəsində monitorinq baş tutub

ATƏT-in məsul əməkdaşının iştirakçılığı ilə cəbhə bölgəsində keçirilən monitorinq baş tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 10-da Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq baş tutub, heç bir insident qeydə alınmayıb.