Müxalifət liderlərindən biri Mohamed ElBaradeyi Misirdə keçiriləcək prezident seçkilərinə qatılacağını bəyan edib. O, həmçinin demokratik islahatlara çağırır. Misir televiziyasına müsahibəsində Nobel mükafatçısı deyib ki, yeni konstitusiya Misirdə demokratiyanın möhkəm bazası olmalıdır.
Baradeyinin bu şərhlərindən qabaq Misirdə xristianlar və müsəlmanlar arasında düşən qarşıdurmada 13 adam ölüb, 140 adam yaralanıb.