Zünrüd YAĞMUR
(Esse)
İnsan hər halı ilə mürəkkəb və mükəmməldir, sevəndə də, nifrət edəndə, yaşayanda, öləndə də…
Hər halı ilə cəlbedicidir, diqqətçəkəndir, yaxşılığı ilə, pisliyi, gözəlliyi, savadı, savadsızlığı, kamilliyi, cahilliyi ilə…
Bütün insan halı ilə…
İnsan ola bilməyəndə belə mükəmməldir, ikrah ediciliyi ilə…
Çünki mükəmməllik insanın yaradılışında var.
Əgər insan bu qədər mükəmməl olmasaydı ilk sevən insanın sevgi hissi o duyğu bitdikdən sonra adiləşərdi, məchulluğunu, cazibəsini itirərdi.
Yaxud hər şeyi inadcıllıqla içinə almış nifrət ilk nifrət edənin duyduqları ilə bitərdi, bir daha dünyanı silkələməzdi.
Ölümdə, yaşamaqda, doğumda, yaxşılıqlar, pisliklərdə də belədir…
Hamı öləcəyini, əzab çəkəcəyini bildiyi halda bu dünyaya uşaq gətirir və onu sanki bunlardan qoruya biləcəkmiş kimi həyatla savaşa girir, amma ölüm və əzab qarşısında aciz olduğunu və bunu bacara bilməyəcəyini anlayıb qəbullanmaq istəmir.
Milyon illərdir dünyanın axını bir yoldan başlayıb bir yolla da bitir və hər şey doğumla yaşam arasında dolaşır, amma hər dünyaya gələn sanki başqa bir dünya, yaşantısı olacaqmış kimi xoşbəxtlik arzulayır, onların arxasınca gedir, quyu-həyatın yandırıcı yerlərindən keçir, qaranlıq dünyaya da düşür, hamının yaşadıqlarını yaşayır, kədərlə hər gecə ölümün qoxusunu duya-duya qucaqlaşıb yatır, amma zənn edir ki, onun ağuşundakı ölüm deyil, sabah ona bambaşqa, indiyə qədər sanki kimsə üçün çıxmayan günəşin özüdür...
Yalnış…
Aldanış dolu…
Çünki nə ayrı yaşam var, nə də gedəcək ayrı dünya…
Günəş də kimsə üçün batıb-çıxmır…
Doğum var, ölüm var…
…Və bir də bunun arasında duyğuların asi, düşməncəsinə, dostcasına, riyakar, ya da səmimicəsinə qiyamı var.
Kimi bu qiyamdan qalib kimi çıxdığını zənn edir, qürurlanır, təkəbbür satır, ya da özünü dünyanın dahisi, ya da nə bilim ən şanslısı hesab edir. Kimi də əksini…
Amma mahiyyətdə bu dünyada qalib və məğlub yoxdur, qalib və məğlub kimi görünmək istəyənlər var…
Sonunun bəlli olduğu ömrün sənə verilmiş qısa müddətində kimliyini qiyama sərf etməksə bəlkə insanın ən mükəmməl aldanışıdır.
Ən böyük mükəmməllik-aldanış, özünü aldada bilməkdir.
Ən böyük həqiqətsə bunlar arasında sıxışıb qalmış yalandır…
Yalan dünyanın, insanın, doğuluşun, ömrün ən böyük həqiqətidir və bu həqiqətin ən böyük yalanı xoşbəxtlik axtarışıdır.. İnsanın yaşayıb əzab çəkməsinin, kədərlə ölümə doğru yürüməsinin ucunda əsil və böyük bir həqiqət var…
Ölüm!
Və insan ən Böyük Həqiqətini unutduğu, ölümsüz yaşayırmış kimi yaşadığı üçün dünyaya sahiblənmək duyğusu ilə qiyam edir, qəlbini bütün pisliklərə satır, alır-verir, qazanır, amma ən Böyük yalanı ilə yaşadığının fərqində deyil.
Bu anda bir baxırsan ki, bu qiyam deyil, hərislikdir...
Bütün insanlar uşaq olanda şahzadələr nağılının həmişə baş qəhrəmanı, oranın ən gözəl, ən cəsur, yaraşıqlı qəhrəmanını özü olaraq seçir, kimsə Təpəgözü, Divi özü olaraq görmək istəmir. Amma şahzadə olmaq istəyənlərin çoxu sonda Təpəgöz, Div olur!
Nədən? Çünki dünya onların qəlbinə soxulub içlərində oturur…
Biri qəlbini sevgiyə satır, bütün var olan tabuları yıxır və asiləşir, öz böyük sevgisi ilə böyük bir qiyam da gətirir ətrafına, sevgisinin qiyamı ilə özünü dünyanın mərkəzinə qoyur.
Dünyaya sahibləndiyini zənn edir, amma onun da həqiqəti yalanın kölgəsində tez solub gedir.
Biri də qəlbini dünyadan alıb götürür, sakitliyin dahilik olduğunu anlayıb elə hamının savaşdığı dünyaya tənhalığı ilə qiyam edir.
Əslindəsə bunlar böyük həqiqətlə alış-verişdir. Bu ticarətdə ağıllı tacir olmasa da sakitlik və hüzur var, amma yetər ki, xoşbəxtlik nağılına uyma olmasın…
Dünyaya qiyamda yalansız həqiqətlər də var və bu həqiqətin mahiyyəti dünyadan özünü alıb götürə bilməkdir, dünyalı ikən ona yad ola bilmək, qəlbini onun tənhalıq nəğməsinə dinləyici edə bilməkdir…
Bunun adı dərvişlikdir!?…
Mənə görə yox!
Bunun adı duyğuların həqiqətdə həqiqətlə qiyamıdır...
Bu qiyamda nə qədər gerçəklik varsa o qədər asilik var.
Nə qədər sakitlik varsa o qədər müdriklik var..
Nə qədər müdriklik varsa o qədər özünə vara bilmək var…
İnsan özünə vara bildisə, demək ki, həqiqətin yanına qayıdıb…
Bu doğuş və ölüm arasında sıxışıb qalmış ömrü həqiqət və yalan arasında var etmək qabiliyyətini qazana bilən üçün ruhda var ola bilmək şansıdır.
Ruhda var ola bilmək…
Dünyalı olmaqdan çıxıb insan ola bilməkdir.
Hər şeyi sözə deyil, qəlbinə yükləyə bilməkdir
Ürəyinə yüklədiklərinin əzabını daşıya bilməkdir…
Çəkdiyin əzablarda arınıb təmizlənə bilməkdir.
Təmizlikdə mükəmməl olmağa çalışmaqdı...
Mükəmməl olmaq mümkün deyil gerçəyini qəbullanıb, amma ola bilməyə cəhd etməkdi.
Canını deyil, ruhunu qoruya bilməkdir…
Canının şəhvətinə deyil, ruhunun ehtiraslarına tabe ola bilməkdir…
Şəhvətin həzzini deyil, ehtirasın həyacanını yaşaya bilməkdir…
İnsan olmaqdan yüksəyə qalxıb öz içinə enə bilməkdir.
Daha nələr, nələrdir ruhda var olmaq…
Ruhda var olmaq duyğularınla üsyan edib dünyaya sahiblik hissini içindən ata bilməkdir, dünyanın da sənə sahiblənməsinə qarşı gedə bilməkdir.
Ruhda var olmaq səni sən edən xarakterinin kirlənmısinə qarşı dayana bilməkdir, bunu bacara bilməyəndə əzabını yaşaya bilməkdir.
Əzabda yuyulmaq…
Əzabda hikmət var və insan var əzabda kirlənir, insan da var ki, əzabda təmizlənir.
Birincisinə zəif, digərinə güclü deyirlər. Amma güclü, zəif məsələsi deyil bu…
Əsas olan qəlbini kimsəyə deyil, tənhalığın böyük tilisiminə tabe edə bilməkdir, vücudunla deyil, ruhunla yaşaya bilmək qabiliyyətidir...
Bu qabiliyyətin işartısı sakitlikdir…
Sakitliyin işartılarısa xoşbəxtlik axtarmamaqdır… Həyatda var olub ondan yan keçə bilməkdir, güzgüdən sənə baxar iki kədərli gözün məchulluğunda itə bilməkdir!
Xoşbəxtlik axtarmayın…
…ki, sakit ola biləsiniz...
Sakit ola bilsəniz xoşbəxtlik sizi axtarıb tapacaq…
…Bu bir duyğu qiyamı idi…