Omanda daha geniş səlahiyyətli şura yaradılır

Omanın sultanı Qaboos bin Said ölkə şurasına geniş səlahiyyətlər verilməsi barədə fərman imzalayıb.

Mövcud qanunvericiliyə əlavə və düzəlişlər etmək üçün xüsusi komissiya yaradılacaq.

İki palatadan ibarət olan şura bundan əvvəl yalnız məsləhətçi funksiya daşıyırdı.

Sultan bundan əvvəl kütləvi etirazlara cavab olaraq bir sıra nazirləri vəzifəsindən azad edib.

Yeni şurada Sultanın veto hüququnun qalıb-qalmayacağı hələlik bəlli deyil.