Bakıda ərzaq yarmarkaları təşkil edilir

Novruz bayramı ilə əlaqədar bəzi istehlak mallarına tələbatın artması və süni qiymət artımının qarşısını almaq üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar və İstehlakçıların hüquqlarının qorunması Dövlət Xidməti bəzi ərzaq məhsullarının birbaşa satışını təşkil edib.

Bazar günü Bakının müxtəlif rayonlarında 500 tona qədər müxtəlif ərzaq məhsulları, habelə 460 minə yaxın yumurta satışa çıxarılıb.