ABŞ Yəməndəki vəziyyətdən narahatdır

Birləşmiş Ştatlar Yəməndəki vəziyyətdən narahatdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Philip Crowley bildirib ki, Vaşinqton Yəməndə keçirilən etiraz aksiyalarında ölən və yaralananlar barədə məlumatlardan dərin narahatdır.

İstirahət günləri Yəməndə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 7 adam ölüb.