Clinton Liviya üsyançılarının liderləri ilə görüşəcək

ABŞ dövlət katibi Hillari Clinton bu gün Parisdə Gaddafi rejiminə qarşı mübarizə aparan Liviya üsyançılarının liderləri ilə görüşəcək.

Onlar Qərbi Liviyada azad uçuş zonası saxlamağa çağırır.

Liviyada isə döyüşlər davam edir. Bazar günü Gaddafi tərəfdarları Brega şəhərini tutduqlarını, üsyançılar isə yenidən şəhəri geri aldıqlarını bildirirlər.