Mərakeşdə polis etiraz askiyasını dağıdıb, onlarla yaralı var

Bazar günü Mərakeşin ən böyük şəhəri olan Casablancada islahat tələbilə keçirilən mitinqi polis dəyənəklərlə dağıdıb. Qarşıdurmada onlarla adam yaralanıb. Daxili İşlər Nazirliyi hələlik hadisə haqqında heç bir məlumat vermir.

Mərakeş Kralı Məhmməd keçən həftə ölkədə konstitusiya islahatları layihəsini hazırlamaq üçün xüsusi komitə yaradıb. Ölkədə seçki ilə iş başına keçən rəsmilərin sayının artırılması və məmurların müstəqil məhkəmə qarşısında cavab verməsinə qanuni imkanlar yaradılması nəzərdə nəzərdə tutulur. Kralın bu planlarının əsas qanunda əksini tapması üçün referendum keçirilməlidir.