Prezident ATƏT sədri ilə Qarabağ münaqişəsini müzakirə edib

Martın 14-də prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

«Azərtac»ın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

ATƏT sədri Azərbaycanda demokratik islahatların güclü şəkildə həyata keçirildiyini və bunun həmişə aktual bir məsələ olduğunu bildirib.

İlham Əliyev güclü iqtisadiyyat, güclü siyasi sistem qurmaqla ölkəni inkişaf etdirmək və müasirləşdirmək üçün siyasi, iqtisadi və sosial sahələrdə uğurlu islahatlar aparıldığını bildirib.